SON DƏQİQƏ: Yaşayış binasında güclü partlayış - Moskva

 11:25 26.08.2020     2153

Rusiyanın paytaxtı Moskvada yaşayış binasında güclü partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Moskvanın qərbindəki Kubinka küçəsində qeydə alınıb. Partlayışdan sonra beşmərtəbəli binada güclü yanğın başlayıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib. İçəridə qalan sakinlər təxliyyə edilir.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Sevda Əliyeva / Redaktor.az

Gələn aydan avtomobillər bahalaşacaq - HAZIRKİ QİYMƏTLƏR

 10:59 26.08.2020     2772

“Pandemiya dövrü yeni və işlənmiş avtombil bazarına təsir edib. Lakin son aylarda ölkəyə avtomobillərin gətirilməsi çoxalıb”.

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, artıq avtomobil bazarında canlanma yaranıb:

“Yaz-payız aylarında avtomobil bazarında həmişə artım olur. Qeyd etmək lazımdır ki, ikinci əl avtomobil bazarında işbaz satıcılar süni qiymət artımı edirlər. Ona görə də, işlənmiş avtomobil bazarında qiymətlər heç vaxt stabil olmur. Amma ümumilikdə ötən ilə nisbətən, bu il qiymətlərdə ucuzlaşma müşahidə olunur. Buna ilin əvvəlindən başlayan pandemiya çox təsir göstərib. Alıcılıq qabiliyyəti aşağı düşüb, satıcılar da məcburdular ki, qiyməti aşağı salsınlar. Lakin mən bunu avtomobil salonlarına aid etməzdim. Doğrudur, salonlarda rəsmi dillerlər tərəfindən təklif olunan avtomobillərin qiymətində kifayət qədər endirim müşahidə edilir”.

Ekspert qeyd edib ki, hazırda işlənmiş avtomobil bazarında qiymət fərqi az hiss olunur:

“Məsələn; ötən ilin bu vaxtlarında 15-16 minə təklif olunan avtomobilin qiyməti, bu il 13-14 min manatdır. Lakin düşünürəm ki, payız aylarında qiymətlərdə yenidən artım müşahidə olunacaq. Çünki alıcı kütləsi artdıqca bu, qiymətə də öz təsirini göstərir. Çünki pandemiya dövründə bu işlə geniş məşğul olanlar xarici ölkələrdən kifayət qədər avtomobil gətiriblər. Satıcılar avtomobil üzərində kosmetik dəyişikliklər etdirlər, olduqca baha qiymətə satırlar. Düşünürəm ki, avtomobil bazarında qiymətlərə dövlət tərəfindən çox ciddi şəkildə nəzarət edilməlidir “.

Bəzi işlənmiş avtomobillərin qiymətini təqdim edirik:

"Mercedes E 220", 2.2 L, 2012 il, 165 000 km - 20 600 $

"Land Rover", "Range Rover", 4.2 L, 2008 il, 198 000 km - 21 000 $

"Chevrolet Cruze", 1.4 L, 2013 il, 123 000 km - 16 800 AZN

"Kia Ceed", 1.4 L, 2010 il, 126 500 km - 14 300 AZN

"Mercedes E 240", 2.6 L, 2002 il, 319 000 km - 15 900 AZN

"Opel Astra", 1.8 L, 2008 il, 134 000 km - 12 600 AZN

"Ford Fusion", 2.0 L, 2013 il, 129 000 km - 13 100 AZN

"Mercedes Vito" 111, 2.2 L, 2008 il, 372 450 km - 23 500 AZN

"LADA" (VAZ) 2107, 1.6 L, 2005 il, 85 113 km - 5 500 AZN

Nuranə Daxilqızı / Redaktor.az

Azərbaycanlı rəqqasənin maşınına hücum etdilər - VİDEO

 10:37 26.08.2020     3119

Rəqqasə Aytən Əliyevanın avtomobilinə hücum ediblər.

Redaktor.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, hadisə bağ evinin qarşısında baş verib.

A. Əliyeva oğrunun avtomobilin şüşələrini sındırdığını deyib:

"Maşının təhlükəsizlik siqnalı işləyib. Ona görə də heç nə götürə bilməyib. Şüşələri sındırıb, əlləri qırılsın". //Axşam.az

Marşrut sürücüsünü döyən sərnişin saxlanıldı - VİDEO

 10:14 26.08.2020     3117

İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib.

Bakıda polis əməliyyat keçirib: Onlar saxlanıldı

 09:51 26.08.2020     3409

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.