Fransadan təhlükəli həmlə - Türkiyə ilə müharibə?

Fransa hökuməti Türkiyə ilə Yunanıstan arasında gərginliyi artıracaq addım atıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyi Şərqi Aralıq dənizində Yunanıstan və İtalya ilə birlikdə hərbi təlimlərin baş tutacağını bildirib:
“Fransa, İtalya və Yunanıstan 26-28 avqust tarixlərində ortaq hərbi təlimlər keçirəcək”.
Ötən həftə Yunanıstanın Krit adasına bir ədəd döyüş gəmisi və 2 ədəd qırıcı təyyarə göndərən Fransa, bu dəfə təlimlər üçün 3 “Rafale” qırıcı təyyarəsi, 1 helikopterdən əlavə döyüş gəmiləri göndərəcəyini də açıqlayıb.
Lalə Cəfərli / Redaktor.az