Lukaşenkonun bu ölkəyə girişi qadağan edildi - SANKSİYA

Belarusiya Prezidenti Aleksandr Lukaşekonun Litvaya girişi qadağan edilib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarusiyada baş verən etiraz aksiyalarında müxalifətçi qrupları dəstəkləyən Litva hökuməti, bu dəfə A. Lukaşeno və hökumətin 118 üzvünün ölkəyə girişini yasaqlayaraq, Litva banklarındakı hesablarını donduracağını açıqlayıb. Həmçinin, bu şəxslərin Litva ilə ticarətinə də qadağa qoyulacağı gözlənilir.
Sözügedən siyahının Litva höküməti tərəfindən təsdiqindən sonra sanksiyaların qüvvəyə minəcəyi bildirilib.
Lalə Cəfərli / Redaktor.az