Çindən ABŞ-a xəbərdarlıq: İki ballistik raket buraxıldı

 21:52 26.08.2020     619

Çin ABŞ-a xəbərdarlıq məqsədilə bu gün səhər Cənubi Çin dəzini istiqamətində iki ballistik raket buraxıb.

Redaktor.az xəbər verir ki, belə bir iddia ilə “South China Morning Post” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, DF-26B (Dunfen-26) raketi Sinxay, DF-21D (Dunfen-21) raketi isə Çjetzyan əyalətindən buraxılıb. Hər iki raket hərbi təlimlər məqsədilə bağlı elan edilən zonaya düşüb.

“Bu, Çinin Cənubi Çin dənizində potensial risk daşıyan ABŞ hərbi təyyarələri və gəmilərinin varlığına cavabıdır”, - qəzet yazıb.