İranda mədəndə baş vermiş partlayışda 2 nəfər ölüb

 23:10 26.08.2020     653

İranda mədəndə partlayış baş verib.

Redaktor.az-ın məlumatına görə, partlayış İranın Sərəxs şəhərinin Ağ Dərbənd mədənində olub, nəticədə iki nəfər həyatını itirib.

Hadisə günün ikinci yarısında qeydə alınıb. Ölənlər mədən işçiləridir. Hadisə zamanı bir neçə nəfərin yaralandığı da bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən