Ukraynada karantin müddəti uzadılıb

 04:31 27.08.2020     762

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

Redaktor.az-ın verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ölkədə "adaptiv model" formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb. 

Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  - "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalara bölüb. 

Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar"yaşıl" zonada, ən sərt qadağalar isə "qırmızı" zonaya daxil olan bölgələrdə tətbiq olunur. //APA

Vumart və Güvən reklamı Vumart Güvən