Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salınıb

COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 19 Azərbaycan, 1 Özbəkistan və 2 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
Bu barədə Redaktor.az-a Bakı Limanından bildiriblər. Qeyd olunub ki, Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda #karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən #Kurıklimanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 210 Qazaxıstan vətəndaşı və 133 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.