Rusiyada yüksək rütbəli zabit həbs edildi - Dövlətə xəyanət

 10:55 27.08.2020     2760

Rusiya ordusunun yüksək rütbəlizabiti həbs edilib.

Redaktor.az xəbər verir ki, o, Strateji Raket Qüvvələrinin məxfi məlumatlarını Ukraynaya ötürməkdə günahlandırılır. 

Federal Təhlükəsizlik Xidməti sözügedən zabitin uzun müddətdir Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini açıqlayıb. 

Faktla bağlı “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanıb.

Sevda Əliyeva / Redaktor.az

 

Azərbaycanın bu şəhərində yoluxma kəskin artdı - TƏBİB

 10:44 27.08.2020     3032

Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu qüsurların aradan qaldırılması məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb:

"Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək. //Sfera.az