Türkiyədə son sutkada koronavirusdan 26 nəfər ölüb

 22:45 27.08.2020     1514

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 26 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda  100 109 şübhəli koronavirus testindən keçib, onlardan 1491-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 862 nəfər olub, 986 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 263 998  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 240  792 nəfər sağalıb, 6209 nəfər ölüb.