İtaliyada nəhəng yaxta belə yandı... - VİDEO

İtalyanın Sardiniya adasında yaxtaların birində yanğın baş verib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı yaxtada 17 nəfər olub. Onlardan 8-nin turist olduğu deyilir.
Anidən alışan 48 metr hündürlüyündəki nəhəng yaxta tamamilə yanıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Belə ki, İtaliya Sahil Mühafizə Xidmətinin köməkliyi ilə bütün sərnişinlərin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma işi aparılır.
Lalə Cəfərli / Redaktor.az