Fransada qarətçilər inkassatorları soydu

 19:43 28.08.2020     399

Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro məbləğ oğurlayıb.

Redaktor.az-ın məlumatına görə, hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.

İki mikroavtobusla inkassator maşınının qarşısını kəsən şəxslər pulları götürəndən sonra maşını yandırıb. İnkassatorlar hadisə zamanı xəsarət almayıb.

Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.

Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən