Kanadada baş vermiş atışmada 2 nəfər yaralanıb

 23:12 28.08.2020     238

Kanadanın Toronto şəhər aqlomeriyasının bir hissəsi olan Skarboro rayonunda baş verən silahlı insident zamanı iki nəfər yaralanıb.

Redaktor.az-a xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə restoranlardan birinin yaxınlığında baş verib. İki kişi ağır güllə yarası ilə xəstəxanaya aparılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində polislər atışmada şübhəli bilinən üç nəfərin olduğu avtomobili dayandırıblar. Avtomobildən odlu silahlar götürülüb. Onların və kimliyi açıqlanmayıb. //APA