Koronavirusdan ölənlərin sayı 870-i ötdü - Ermənistan

 11:00 29.08.2020     430

Ermənistanda daha 175 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 min 626-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 872-yə çatıb. İndiyədək 37 min 563 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4925 aktiv koronavirus xəstəsi var. //Report