Çində otel binası çöküb - Ölənlər var / VİDEO

Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının ("Xiyuan Hotel") çökməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb, dörd nəfər yaralanıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə "Çin Mərkəzi Televiziyası" məlumat verib.
Bundan əvvəl telekanal dağıntılar altından 10 nəfərin olduğunu və 2 nəfərin öldüyünü xəbər vermişdi. Hadisə yerində çalışan xilasedicilər dağıntılar altından 43 nəfəri çıxara bilib, onlardan 13-ü ölüb, daha dörd nəfər ağır yaralanıb.
Hadisə yerində təxminən 710 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.
***14:55
Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli otel binası çöküb.
Redaktor.az-ın məlumatına görə, hadisə nəticəsində azı iki nəfər həlak olub.
Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Dağıntılar altından 23 nəfəri xilas etmək mümkün olub.
Daha 10 nəfərin axtarışları davam etdirilir. //Trend.az