Türkiyə bu tarixə qədər yeni NAVTEX elan etdi

 13:59 29.08.2020     320

Türkiyə hökuməti Aralıq dənizində həyata keçiriləcək hərbi təlimlər üçün yeni NAVTEX elan edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında uzun müddətdir başlayan gərginlik davam etməkdədir. Belə ki, Türkiyə bu dəfə yeni NAVTEX elan edərək, 29 avqustdan 11 sentyabr tarixinə qədər Aralıq dənizində atış təlimlərinə davam edəcəyini açıqlayıb. Təlimlərin keçiriləcəyi bölgənin koordinatları paylaşılıb.

Qeyd edək ki, son həftələrdə Türkiyənin “Oruç Rəis” seysmik araşdırma gəmisi sözügedən ərazidə NAVTEX yayımlayıb və onun fəaliyyəti uzadılıb. Bundan sonra Yunanıstan tərəfi də bu ərazidə aralarında BƏƏ-nin də olduğu ortaq hərbi təlimlərə start verib.

Lalə Cəfərli / Redaktor.az