İranda son sutkada 110 nəfər koronavirusdan ölüb

İranda son sutka ərzində 110 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Redaktor.az-ın xəbərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 21 359 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 1905 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 371 min 816 nəfərə çatıb.
İranda indiyədək 319 min 847 nəfər koronavirusdan sağalıb.