Rusiyada daha 111 nəfər koronavirusun qurbanı olub

Rusiyada koronavirusa yoluxanların sayı 985 min nəfəri keçib.
Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 4 941 nəfər virusa yoluxub, 111 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 985 min 346 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 025 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 804 min 383 nəfər virusdan sağalıb, 163 min 938 nəfərin müalicəsi isə davam edir.