Koronavirusa yoluxma üzrə rekord qeydə alınıb - Ukrayna

 15:53 29.08.2020     363

Ukraynada koronavirusa yoluxma üzrə rekord göstərici qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 2 481 yeni yoluxma faktı olub.

Bundan əvvəlki gün isə 2 438 nəfər virusa yoluxmuşdu. Bu rəqəmlər koronavirus pandemiyası müddətində Ukraynada qeydə alının ən yüksə göstərici olub.

Ölkədə bu günədək 116 min 978 nəfər koronavirusa yoluxub, 2 492 nəfər isə vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən