Xorvatiyada koronavirusa yoluxanların sayı yenidən artır

 23:13 29.08.2020     420

Xorvatiyada koronavirusa yoluxanlar arasında yenidən artım müşahidə olunur.

Redaktor.az xəbər verir ki, son 24 saat ərzində 312 nəfər virusa yoluxub.

Ümumi yoluxanların sayı 9861-ə çatıb. Ölənlərin sayı 183, sağalanlarınkı isə 7024 nəfərdir. Artımla əlaqədar hökumət yeni profilaktik tədbirlər həyata keçirilməsini müzakirə edir, ölkə vətəndaşlarını sanitar normalara riayət etməyə çağırır.//Azərtac