İranda zəlzələ baş verib

 10:08 30.08.2020     432

İranın Semnan əyalətinin Damğan şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 23:31, 10 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. //APA