Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda son sutkada daha 7 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 25 pasiyent sağalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1469 nəfərə, sağalanların sayı isə 1221-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.
Hazırda Gürcüstan üzrə 5 924 nəfər karantində, 209 nəfər isə stasionar nəzarətdə saxlanılır. //Report