Ermənistanda son sutkada 124 nəfər yoluxub - Koronavirus

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 124 yoluxma qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 43 min 750 nəfərə çatıb.
Son 24 saatda 5 nəfər koronavirusdan vəfat edib ki, bununla da Ermənistanda indiyə qədər bu xəstəlikdən ölənlərin ümumi sayı 877 nəfərə yüksəlib. //APA