Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçib

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu keçib.
Redaktor.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, dünyada artıq 25 milyon 9 min 250 nəfərdə koronavirus aşkarlanıb.
Universitetin məlumatına görə, indiyə kimi 842 min 702 nəfər COVID-19-dan ölüb, 16 411 min 400 nəfər sağalıb. //APA