Rusiyada yoluxanların sayı 990 mini ötüb - COVID-19

 12:23 30.08.2020     261

Rusiyada son sutka ərzində daha 4980 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 990 326 nəfərə çatıb.

Son sutka ərzində 68 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 093 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. //APA