Beyrutdakı partlayışda ölənlərin sayı 190-a çatıb

 13:27 30.08.2020     621

Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatıb, 6500-dən çox adam yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət orqanları məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 3 nəfər itkin düşüb, 300 min insan evsiz qalıb, 50 mindən çox ev zərər görüb.

Qeyd edək ki, 4 avqustda Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Bildirilir ki, Livanın Hərbi Prokurorluğu partlayışla bağlı orada çalışan qaynaqçılardan birinin ifadəsini alarkən onun terrorçularla əlaqədə olması şübhələri ortaya çıxıb. //APA