Ermənistanda yoluxanların sayı 43 mini keçib - COVID-19

 16:24 30.08.2020     607

Ermənistanda koronavirusa yoluxanların sayı 43 min 750 nəfərə çatıb. Onlardan 124–ü son sutka ərzində yoluxub.

Redaktor.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzinin məlumatına görə, ölkədə pandemiya qurbanlarının sayı daha 5 nəfər artaraq 877-yə çatıb.

Hazırda Ermənistanda 4956 aktiv koronavirus xəstəsi var. //Azərtac