Gürcüstan parlamentinin sədri özünü cəmiyyətdən təcrid edib

 18:23 30.08.2020     303

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze koronavirus təhlükəsi ilə əlaqədar özünütəcrid rejiminə keçib.

Redaktor.az xəbər verir ki, buna onun şəxsi mühafizəçisində koronavirusun aşkar edilməsi səbəb olub.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında deyilir ki, şəxsi mühafizəçidə COVID-19 virusu təsdiqləndikdən sonar digər şəxslərlə yanaşı, A.Talakvadze və onun ailə üzvləri də testdən keçiriliblər. Nəticələr neqativ olsa da A.Talakvadze epidemioloji təhlükəsizlik baxımından özünütəcrid rejiminə keçib.//Azərtac