İraqın şimalında 4 PKK terrorçusu məhv edildi

 22:26 30.08.2020     164

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının 4 hərbçisini zərərsizləşdirdi.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, hava əməliyyatı Zap bölgəsində aparılıb.

Qeyd edilib ki, Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı əməliyyatlarını bölgədəki son PKK terrorçusunun məhvinə qədər davam edəcək.//Report