Çernobıl faciəsindən böyük fəlakət xəbərdarlığı- Ukrayna

 23:12 30.08.2020     168

Donbasda üçtərəfli təmas qrupunda ukraynalı nümayəndə heyətinin rəhbər müavini Vitold Fokin genişmiqyaslı ekoloji fəlakət təhlükəsi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Fokin bu barədə “Strana.ua” saytına müsahibəsində deyib.

O bildirib ki, Donbasda infrastrukturun məhv edilməsi bir çox mədənin su altında qalmasına və su anbarlarının daşmasına səbəb olub. Onun sözlərinə görə, tez bir zamanda onların təmizlənməsi üçün işlər görmək lazımdır, əks təqdirdə su bütün yerli çay və gölləri dolduracaq və daha sonra Azov və Qara dənizə yol tapacaq.

“Çoxları buna göz yumur, amma yaxınlaşan fəlakət Çernobıl qəzasından daha böyük ola bilər”, - deyə Fokin müsahibəsində vurğulayıb.//APA