Britaniyada COVID-19-a ən yüksək yoluxma qeydə alınıb

 23:34 30.08.2020     138

Böyük Britaniyada gün ərzində koronavirus infeksiyasına 1715 yeni yoluxma qeydə alınıb ki, bu da iyunun 4-dən bəri ən yüksək göstəricidir.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin yaydığı son hesabatda qeyd olunub.

Bundan bir gün əvvəl 1108, cümə günü 1276, cümə axşamı 1522 yoluxma halının qeydə alındığı  bildirilmişdi.

Eyni zamanda, sutka ərzində virusdan bir ölüm faktının qeydə alındığı bildirilib.

Qeyd edək ki, Birləşmiş Krallıqda indiyədək koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 334 467, ölənlərin sayı isə 41 499 nəfərdir.//APA