Belarus mühasirəyə alınıb - General AÇIQLADI

 09:09 31.08.2020     1465

Belarusla qonşu NATO ölkələri hərbi potensiallarını artırır və kəşfiyyatı gücləndirir.

Redaktor.az xəbər verir ki, bu sözləri Belarus Baş Qərargah rəisi Ruslan Kosıgin deyib.

O bildirib ki, qonşu ölkələr hərbi potensialları ilə yanaşı xarici əsgərləri qəbul etmə və yerləşdirmə imkanlarını da artırır:

“Eyni zamanda ölkəmizə qarşı kəşfiyyat fəaliyyəti də çox gücləndirilir”.

Kosıgin əlavə edib ki, Belarus sərhədlərində 10 min canlı qüvvə, 40 min hərbi uçuş aparatı və 500-dən çox ağır hərbi texnika yerləşdirilib. //Axar.az

Vumart və Güvən reklamı Vumart Güvən