SON DƏQİQƏ: "KFC"də partlayış olub - Yaralılar var / BƏƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə "KFC" restoranında partlayış olub.
Redaktor.az-ın məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində yaxınlıqdakı avtomobillərə və tikililərə ziyan dəyib.
Yaxınlıqdakı yollar bağlanıb. //Trend.az