Parlament seçkilərinin vaxtı açıqlanıb - Gürcüstan

Gürcüstanda parlament seçkilərinin keçiriləcəyi tarix rəsmiləşib.
Redaktor.az-ın məlumatına görə, seçkilər oktyabrın 31-də keçiriləcək.
Prezident Salome Zurabişvili bu barədə qərar imzalayıb.
Gürcüstan qanunvericiliyinə əsasən, parlament seçkiləri oktyabr ayının son şənbə günündə keçirilir. //Trend.az