Sabiq prezident koronavirusdan vəfat edib - Hindistan

 17:50 31.08.2020     1604

Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə onu oğlu bildirib. 

Avqustun 10-da Mukhercinin yeni növ koronavirusa yoluxduğu bildirilmiş və o, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun komada olduğunu və süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi. 

Qeyd edək ki, Pranab Mukherci 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. O, müxtəlif illərdə hökumət kabinetində Xarici İşlər naziri, Maliyyə naziri postlarında çalışıb. //APA

Meyxanaçı Ağamirzə: “Ağakərimin vəziyyəti pisdir”

 17:58 31.08.2020     2361

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhəhtindən bəhs edib.

Redaktor.az xəbər verir ki, "Baş mövsümü" proqramına qonaq olan sənətçi insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib:

"Ağakərim pisdir. Bizə dua etmək, Allahdan ona şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, onu elə görə bilmirəm".

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər var. //Axsam.az

SON DƏQİQƏ: Azərbaycanlı alim vəfat etdi - FOTO

 16:47 31.08.2020     2856

Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətindən Redaktor.az-a verilən məlumata görə, Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirmiş, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. 

Alim 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olub. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək, bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanmış və sənaye miqyasında tətbiq edilib. 

Kimyaçı alimin rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatların nəticələri respublikanın Yeni Bakı Neftayırma və Sumqayıt Sintetik Kauçuk zavodlarında, həmçinin Rusiyanın Nijni Novqorod, Almetyevskiy, Redkino və Saratov şəhərlərinin zavodlarında sənaye qurğularında həyata keçirilib. 

AMEA-nın müxbir üzvü T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olubr. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb. Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, apardığı elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülüb.

Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil edib. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda iştirak edib.

 

2