ABŞ-da koronavirusa yoluxanların sayı artdı

 20:27 31.08.2020     557

Son sutka ərzində ABŞ-da 34 543 nəfər koronavirusa yoluxub.

Redaktor.az-ın xəbərinə görə, indiyə qədər ABŞ-da virusa yoluxanların ümumi sayı 6 milyon 175 min 600-ə çatıb. 

Son 24 saat ərzində ölkədə koronavirusdan 357 ölüm faktı qeydə alınıb ki, bununla da ABŞ-da indiyə qədər koronavirusdan ölənlərin sayı 187232 nəfər olub.