Rusiyada koronaya qarşı peyvəndlənmə nə vaxt başlayır?

 23:04 31.08.2020     318

Rusiyada koronavirusa qarşı kütləvi peyvəndlənmə noyabr-dekabr aylarında başlayacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə naziri Mixail Muraşko deyib.

M.Muraşko tədqiqatların 40 minədək könüllü ilə başlayacağını və bu proses zamanı bütün detalların xırdalığına qədər nəzərdən keçiriləcəyini söyləyib.

Nazirin sözlərinə görə, cari ilin sonunda vaksin ölkənin regionlarına da tədarük olunacaq.