Əfqanıstan prezidentinin müşaviri öldürüldü

 07:13 01.09.2020     565

Əfqanıstan Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Məhəmməd Həsən Hotak Kabildə qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstanın 1TV kanalı məlumat yayıb.

O, bazar günü axşam evinin yaxınlığında öldürülüb.

Əfqanıstan Prezidenti Əşrəf Qəni açıqlamasında qətli qınayıb və bunu terror aktı adlandırıb. //Axar.az