Hindistan koronavirusdan ölüm sayına görə üçüncü yerə çıxıb

 10:10 01.09.2020     315

Hindistanda son sutka ərzində 78 512 koronavirusa yoluxma qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, 971 nəfər həyatını itirib. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 3 milyon 621 min 245 nəfərə, ölənlərin sayı 64 469 nəfərə çatıb.

Beləliklə, Hindistan virusdan ölüm sayına görə Meksikanı keçərək üçüncü yerə çıxıb.

Qeyd edək ki, bu günədək koronavirusdan ABŞ-da 183 min 068 nəfər, Braziliyada isə 120 min 828 nəfər həyatını itirib.