Yunanıstanın Türkiyə qoruxusu... - YENİ HƏMLƏ

Yunanıstan hökuməti döyüş təyyarəsi almaq məqsədilə Fransa ilə danışıqlara başlayıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında baş verən gərginlik səbəb olub.
Belə ki, Yunanıstan Fransa başda olmaqla digər ölkələrlə də silah almaq üçün danışıqlara başlayıb.
Bu barədə,“Reuters” agentliyinə danışan Yunanıstan təmsilçisi sözügedən faktı təsdiqləyib. O bildirib ki, mövzu ətrafında danışıqlar hələ də davam edir, hələlik konkret qərar verilməyib.
Qeyd edək ki, Yunanıstanın Fransadan 18 ədəd “Dassault Rafael”markalı qırıcı təyyarə alacağı gözlənilir.
Lalə Cəfərli / Redaktor.az