Ərdoğanın növbəti uğuru: İsraili oyundan çıxardı... - EKSPERT RƏYİ

 10:48 03.09.2020     2274

Qəzzada gərgin vəziyyətə son qoyulması üçün İsrail və HƏMAS arasında razılaşma əldə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada məlumat verilib. Belə ki, Qətər nümayəndəsi Məhəmməd Amadinin vasitəçiliyi ilə keçirilən görüşdə Qəzzadakı gərginliyin sona çatdırılması üçün İsrailin bölgəyə yönəlik hücumlarına son qoyulacaq.

Məsələ ilə bağlı saytımıza açıqlama verən politoloq Əhəd Məmmədli Türkiyənin sözügedən razılaşmada rolunun olduğunu bildirib:

“İsrail və HƏMAS arasında razılmaşmanın əldə olunması Türkiyə xarici diplomatiyasının bir uğurudur. Bildiyiniz kimi Aralıq dənizdə hazırda problem yaşanır. Bir neçə dövlət rəsmi Ankaraya qarşı bir koalisya yaradıb və o onların içində İsrail də yer alıb.

Fikrimcə, İsrail HƏMAS- la arasında olan anlaşmadan sonra artıq Aralıq dənizdə Türkiyəyə qarşı problem yaratmayacaq. Bu baxımdan bu anlaşma təkcə Fələstin üçün yox, həm də Türkiyə üçün də sərfəli anlaşma olacaq. Çünki bu anlaşmadan sonra İsarilin istər Aralıq dənizi, istrsə də Liviya məsələsində Türkiyəyə qarşı təsiri azalacaq”.  

Politoloq İsrail və HƏMAS arasında olan razılaşmanın bölgəyə olan təsirindən də danışıb:

“Təbii ki, İsrail ilə razılaşmanın əldə olunması region üçün önəmli bir hadisədir və bu razılaşma müvvəqəti də olsa bölgədə sülhün və əmin-amanlığın yaranmasına səbəb olacaq. Düşünürəm ki, ümumilikdə azılaşma Yaxın Şərqdəki vəziyyətə ciddi təsir etməyəcək. Çünki ortada hələ həll olunası bir çox məsələlər var və onlar həll olunmadan Yaxın Şərqdə vəziyyətin düzəlməi mümkün deyil”.

Mahir Xəttab / Redaktor.az