Çində koronavirusa qarşı doqquz vaksin hazırlanır

 13:50 02.09.2020     190

Çinin əczaçılıq şirkətləri koronavirusa qarşı doqquz vaksin hazırlayıb.

Redaktor.az-ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin deyib.

O bildirib ki, hazırda vaksinlər kliniki sınaqlar mərhələsindədir.

Qeyd olunur ki, vaksinlər ümidverici nəticələr göstərir və yaxın zamanlarda bütün ölkələr üçün əlçatan olacaq. //Trend.az