Bolqarıstanda kütləvi etiraz aksiyaları başlayıb

 14:26 02.09.2020     314

Bolqarıstanın paytaxtı Sofiyada “böyük xalq üsyanı” adı altında kütləvi etiraz aksiyaları başlayıb.

Redaktor.az xəbər verir ki, etirazlar yay tətilindən sonra Bolqarıstan parlamentində keçirilən ilk iclas gününə planlaşdırılıb.

Məlumata əsasən, etirazçılar parlament binasını mühasirəyə alan polislərə yumurta atıblar.

Nümayişçilər Bolqarıstanın Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi hökumət üzvlərinin və Baş prokuror İvan Qeşevin istefasını tələb edir. //Oxu.az