Məktəblərin açılaması yoluxmanı artırdı – COVİD-19 / ABŞ

ABŞ-da məktəb və universitetlərin açılması koronavirusla bağlı qorxunc nəticələrə yol açıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 37 ştatında 25 mindən çox tələbə və müəllim COVID-19-a yoluxub.
Qeyd edək ki, sözügedən ölkədə ştatlarının daxili qanunvericiliyinə əsasən tədris prosesi uzun müddətdir davam edir.
Lalə Cəfərli / Redaktor.az