Moldovaya getmək istəyənlərin DİQQƏTİNƏ

 22:55 02.09.2020     386

“Yaşıl” zona ölkələrindən Moldovaya gələn, lakin “qırmızı” zonaya aid (COVİD-19-la bağlı epidemioloji vəziyyətin əlverişsiz olduğu) ölkədən quru yolu ilə keçən vətəndaşlar 14 gün müddətinə təcrid olunmaq məcburiyyətindədirlər.

Redaktor.az xəbər verir ki, bu xəbər Moldova Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Bununla yanaşı, vurğulanıb ki, hətta 10-cu gün testin aparılması da virusa yoluxma imkanını istisna etmir, çünki yeni növ koronavirusun inkubasiya dövrü 14 gün təşkil edir. //Axar.az