Qardaş ölkədən üzücü xəbər var -15 nəfər ölüb...

 10:29 03.09.2020     1452

Pakistanın şimali qərbindəki Hayber-Paxhunxva əyalətində yağışların yol açdığı sellər 15 nəfərin ölümünə səbəb olub.

Redaktor.az xarici KİV-ə istindən xəbər verir ki, Stav vadisinda meydana gələn yağışlar torpaq sürüşmələrinə yol açıb və ərazidəki turistlər təxliyə edilib.

Hadisə nəticəsində çoxlu sayda evin zədələndiyi, 15 nəfərin isə öldüyü bildirilib.

Qeyd edək ki, avqust ayında yağan güclü musson yağışları sözügedən ölkədə 6 gündə 63 nəfərin canını alıb.

Lalə Cəfərli / Redaktor.az