Berluskoni koronavirusa yoluxub

 21:44 02.09.2020     341

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yeni növ koronavirusa yoluxdu.

Redaktor.az-ın məlumatına görə, bu barədə 83 yaşlı siyasətçinin rəsmi nümayəndəsi bildirib.

O qeyd edib: "Ehtiyat tədbirləri səbəbindən aparılan testlər nəticəsində Berluskonidə yeni növ koronavirus aşkar edilib. O karantin müddəti keçirəcəyi Arkore şəhərindəki iqamətgahından işini davam edir".