Fəxrəddin Qoca: “ Türkiyə birinci dalğanın ikinci zirvəsindədir”

 00:20 03.09.2020     387

“Xəstələrin və ölüm sayının artımından məyusuq. Son dönəmdə ən ciddi artım Ankaradadır”. 

Redaktor.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib. 

Nazir deyib ki, ölkə boyu COVID-19 infeksiyasının yayılması nəzarətdədir və Türkiyə birinci dalğanın 2-ci zirvəsindədir.

F.Qoca vurğulayıb ki, indiyədək 29 min 865 səhiyyə işçisi COVID-19 infeksiyasına yoluxub, 52 səhiyyə işçisi isə bu virusdan həyatını itirib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən