Çində daha 23 nəfər koronavirusa yoluxub

 09:03 03.09.2020     113

Ötən sutka ərzində Çində COVID-19 ilə 23 yeni yoluxma faktı aşkar edilib, 11 aktiv və 12 asemptomatik formada. Bütün yoluxma halları xaricdən gətirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə öz rəsmi saytında Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, ölüm faktı qeydə alınmayıb.

Əvvəlki gün ərzində 27 yoluxma halı aşkar edilib: 8 aktiv və 19 simptomsuz. Onlar hamısı xaricdən gətirilib.