Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu ötüb

 09:37 03.09.2020     112

Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 26 milyonu keçib.

Redaktor.az bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada artıq 26 031 410 nəfərdə koronavirus aşkarlanıb. İndiyə kimi 863 028 nəfər COVID-19-dan ölüb, 17 291 874 nəfər sağalıb.

Ən çox yoluxma halı ABŞ (6 113 359), Braziliya (3 997 865) və Hindistanda (3 769 523) qeydə alınıb.