Binəli Yıldırım koronavirusa yoluxub

 16:07 03.09.2020     679

Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri Binəli Yıldırım və həyat yoldaşı Səmihə Yıldırım koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bir müddət öncə anadan olduğu Erzincan vilayətinə gedən Yıldırım və xanımı Ankaraya qayıtdıqdan sonra özünlərini pis hiss edib.

Dərhal xəstəxanaya müraciət edən sabiq Baş nazir və xanımının verdiyi COVID-19 testinin nəticəsi pozitiv çıxıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən